Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Bakıda avtomobil yandı - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində avtomobildə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

“Qobu Park”dakı yanğında ölənlərin sayı 5-ə çatdı

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksində yerləşən yaşayış binasındakı yanğında ölənlərin sayı 5-ə çatıb. Primeinfo.az xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənmiş Təbərrük İsmayılova xəstəxanada vəfat edib. Qeyd edək ki, doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən, digər mənzillərə keçməsinə imkan verilmədən söndürülüb.

Bakıda məşhur şadlıq evinin fəaliyyəti dayandırıldı - VİDEO

Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətnuat xidmətindən bildirilib. Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Binəqədidə partlayışda xəsarət alanların son durumu açıqlandı

Bakının Binəqədi rayonunda obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb. Nərimanov Tibb Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. “Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – məlumatda deyilir.

Bakıda otelin qarajında iki maşın yandı

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub.

Bakıda restoranda yanğın olub - VİDEO

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Cəlilabadda 5 hektar ərazi yanıb - VİDEO

Cəlilabad rayonu Bakı-Astara şosesinin 104-cü km-də açıq ərazidə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıt şəhərində yanğın olub. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.