Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Honkonqda yanğında ölənlərin sayı 150 nəfərə çatıb

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 150 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, yanğın nəticəsində dağılmış binaları yoxlayan xilasedicilər bu gün daha beş nəfərin meyitini aşkar ediblər. Yaşayış kompleksinin səkkiz blokunda 2024-cü ilin iyul ayından bəri təmir işləri aparılır.

Kəlbəcərdə açıq ərazi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib. Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Ucarda 2 otaqlı ev yanıb

Ucarda fərdi yaşayış evində yanğın olub. Primeinfo.az-ın xəbərinə görə, hadisə axşam saatlarında rayonun Həsən bəy Zərdabi küçəsində baş verib. Belə ki, rayon sakini, 1964-cü il təvəllüdlü Kamil Əhməd oğlu Əhmədova məxsus ümumi sahəsi 80 m² olan, 2 otaq, zal və mətbəxdən ibarət yaşayış evində güclü yanğın baş verib.

"Baksol yolu"nda yanğın başladı - VİDEO

Bakının Binəqədi rayonu, “Baksol yolu”nda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Azərbaycan XİN Çinə başsağlığı verdi

Çinin Honq Konq əyalətinin Tay Po şəhərində baş verən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan faciəli yanğından dərin kədər hissi keçiririk. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında bildirilib. “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralılara tezliklə şəfa arzulayırıq”, – qeyd olunub.

Daşkəsəndə ev yanıb, xəsarət alan var

Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bakıda yanan maşın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının mərkəzi prospektində avtomobil yanır. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti, əsas yolda avtomobillərin birində yanğın baş verib.