Ötən gün Binəqədidə faciəli şəkildə həyatını itirən dörd ofisiantdan biri – Cavidan Muradlının cənazəsi doğulduğu Tərtər rayonuna aparılıb. Primeinfo.az xəbər verir ki, 27 yaşlı gənc Tərtər şəhər qəbiristanlığında dəfn edilib. Ailəsi və yaxınları C.Muradlını son mənzilə bəy maşını kimi bəzədilən avtomobildə yola salıblar.
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər “LOFT” restoranını ittiham edirlər. Primeinfo.az Milli.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı restoranla əlaqə saxlanılıb, amma “LOFT” restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib. Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib: “Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi.
Bakıda noyabrın 21-də çoxmərtəbəli yaşayış binasında baş verən yanğında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb.
Azərbaycan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli noyabrın 21-də Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğında həlak olub. Primeinfo.az xəbər verir ki, onun qızı Ləman da tüstüdən zəhərlənib və reanimasiyaya yerləşdirilib. Həkimlər durumunun ağır olduğunu bildirir.
Jurnalist Heydər Mirzə noyabrın 21 də Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğın zamanı içəridə qalıb.
Bu gün 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi məlumat yayıb. Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.
Kürdəmir rayonunda uşaq bağçasında yanğın olub. Primeinfo.az xəbər verir ki, hadisə axşam saatlartında rayonun 4 saylı uşaq bağçası – körpələr evinin ikinci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 800 kv metr olan 16 otaqdan ibarət korpusun ikinci mərtəbəsində ümumi sahəsi 40 km metr olan otaqda iki dolab, üç çarpayı və döşəmə yanıb.
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
Goranboyda yanğın hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, hadisə rayonun Şəfibəyli kəndi ərazisində qeydə alınıb. Açıq sahədə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN -nın Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.