Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: yanğın

Binəqədidə partlayışda xəsarət alanların son durumu açıqlandı

Binəqədidə partlayışda xəsarət alanların son durumu açıqlandı

Bakının Binəqədi rayonunda obyektdə baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb. Nərimanov Tibb Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, dünən saat 15:30 radələrində Binəqədi rayonu ərazisindən partlayış baş verməsi səbəbilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan 3 nəfərdən (kişi) 2-nin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. “Vəziyyəti ağır olan pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”, – məlumatda deyilir.

Bakıda otelin qarajında iki maşın yandı

Bakıda otelin qarajında iki maşın yandı

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 400 m² olan ikimərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub.

Bakıda restoranda yanğın olub - VİDEO

Bakıda restoranda yanğın olub - VİDEO

Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Cəlilabadda 5 hektar ərazi yanıb - VİDEO

Cəlilabadda 5 hektar ərazi yanıb - VİDEO

Cəlilabad rayonu Bakı-Astara şosesinin 104-cü km-də açıq ərazidə yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıtda yataqxanada yanğın olub

Sumqayıt şəhərində yanğın olub. Primeinfo.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yataqxana binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 3 ədəd elektrik sayğacı, 6 ədəd qoruyucu açar və 2 paq.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Honkonqda yanğında ölənlərin sayı 150 nəfərə çatıb

Honkonqda yanğında ölənlərin sayı 150 nəfərə çatıb

Çinin Honkonq xüsusi inzibati ərazisində yaşayış kompleksindəki yanğında ölənlərin sayı 150 nəfərə çatıb. Primeinfo.az xəbər verir ki, yanğın nəticəsində dağılmış binaları yoxlayan xilasedicilər bu gün daha beş nəfərin meyitini aşkar ediblər. Yaşayış kompleksinin səkkiz blokunda 2024-cü ilin iyul ayından bəri təmir işləri aparılır.

Kəlbəcərdə açıq ərazi yanıb

Kəlbəcərdə açıq ərazi yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib. Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.