Zelenskinin Ofisinin rəhbəri İSTEFA VERDİ
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.
Bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılır. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Ukrainskaya pravda”nın hadisə yerindəki əməkdaşı bildirib. Axtarış “Mindiç işi” üzrə Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) əməkdaşları tərəfindən aparılır.
Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üzrə ABŞ-la birgə hazırlanan sülh planının yekunlaşdırılması üçün Amerika Prezidenti Donald Tramp ilə ən qısa zamanda görüşməyə hazırdır.
“Ukrayna hazırda çox kritik bir an yaşayır”. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krım Platformasının Dördüncü Parlament Zirvəsinə videomüraciəti zamanı bildirib. O, Ukraynada dərin siyasi təzyiqin olduğunu qeyd edib: “İndi kritik bir andayıq.
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram”da yazıb. Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.
“Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə irəli sürdüyü plan yekun təklif deyil”.
Ukrayna və onun sülh danışıqları aparan tərəfdaşları arasında məsləhətləşmələr yaxın günlərdə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Mən Ukrayna nümayəndə heyətinin tərkibi haqqında fərman imzaladım və bütün müvafiq direktivləri təsdiqlədim.
Ukraynanın maraqları nəzərə alınmalıdır.
Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.
Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda çox gec olacaq. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir.