Ukrayna prezidenti Volodimir Zelenski sülh danışıqları çərçivəsində iki əsas məsələ olan ərazi mübahisələri və Zaporojye AES üzərində nəzarəti həll etmək üçün Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazırdır.
“Ukrayna sülh müqaviləsi çərçivəsində heç bir halda Donbası Rusiyaya verməyəcək., kompromis axtarıb tapmaq lazımdır”. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Əbu-Dabidə baş tutmuş danışıqların nəticələrini şərh edərkən bildirib. “Ərazilərimizlə bağlı mövqeyim dəyişməz olaraq qalır”, – o vurğulayıb.
“Rusiya, ABŞ və Ukrayna BƏƏ-də münaqişəyə son qoymaq variantlarını müzakirə edirlər”.
Prezident Tramp ilə görüş yaxşı keçdi, məhsuldar və məzmunlu oldu.
ABŞ Prezidenti Donald Tramp Davos forumu çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli görüşlər planlaşdırmayıb. Primeinfo.az-ın məlumatına görə, bu bar.ədə “Politico” məlumat yayıb. Bildirilib ki, Zelenski Tramla ikitərəfli görüşə can atsa da, Ağ Evd rəhbəri bu istəyə müsbət yanaşmayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Primeinfo.az xəbər verir ki, sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb. Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh sazişinin 90 faizinin hazır olduğunu bəyan edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə yanvarın 1-də xalqa Yeni il müraciətində bildirib. “Hazırda 90 faizdən danışırıq və sülh razılaşmasına hazırıq.
“ABŞ-da bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.
ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla danışıqlar aparmaq üçün Mayamiyə səfər edib. Primeinfo.az xəbər verir ki, o, dekabrın 28-də yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə gecə saat 00:00-da) Donald Trampın Palm-Biçdəki “Mar-a-Laqo” iqamətgahında olacaq. Qeyd olunub ki, sözügedən görüşün əsas müzakirə mövzusu Zelenskinin bir neçə gün əvvəl açıqladığı 20 bəndlik sülh planıdır.