Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik.
İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.
Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Primeinfo.az xəbər verir ki, prezidentlərin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. Primeinfo.az xəbər verir ki, bu haqda “Axios” portalı məlumat yayıb. Bildirilib ki, Stiv Uitkoff Türkiyənin paytaxtı Ankaraya olan səfərini təxirə salıb.
Zelenski bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Noyabrın 19-da Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Primeinfo.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb. Kanalın məlumatına görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyətini və onun mümkün nizamlanması yollarını da müzakirə edəcəklər.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff sabah Türkiyəyə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. Bildirilib ki, Uitkoff Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlarda iştirak edəcək.
Ukrayna Prezidenti Volodimir noyabrın 19-da Zelenski Türkiyəyə səfər edəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla ölkəsinin müdafiə qabiliyyətini gücləndirməyə yönəlmiş strateji razılaşma imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb. Səfər zamanı imzalanan sənədlər Fransanın Ukraynaya hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri və raket tədarükünü əhatə edir.