Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üzrə ABŞ-la birgə hazırlanan sülh planının yekunlaşdırılması üçün Amerika Prezidenti Donald Tramp ilə ən qısa zamanda görüşməyə hazırdır.
“Ukrayna hazırda çox kritik bir an yaşayır”. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Krım Platformasının Dördüncü Parlament Zirvəsinə videomüraciəti zamanı bildirib. O, Ukraynada dərin siyasi təzyiqin olduğunu qeyd edib: “İndi kritik bir andayıq.
Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı apardığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “Telegram”da yazıb. Onun sözlərinə görə, Cenevrədə Ukrayna nümayəndə heyəti tərəfdaşlarla danışıqları davam etdirir və bu prosesin praktiki nəticə verməsi, Ukrayna və bütövlükdə Avropanı etibarlı sülhə və təhlükəsizliyə yaxınlaşdırması xüsusi əhəmiyyət daşıyır.
“Vaşinqtonun Ukraynada müharibənin həlli üçün Kiyevə irəli sürdüyü plan yekun təklif deyil”.
Ukrayna və onun sülh danışıqları aparan tərəfdaşları arasında məsləhətləşmələr yaxın günlərdə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Mən Ukrayna nümayəndə heyətinin tərkibi haqqında fərman imzaladım və bütün müvafiq direktivləri təsdiqlədim.
Ukraynanın maraqları nəzərə alınmalıdır.
Almaniya, Fransa və Böyük Britaniya liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb. Bildirilib ki, Avropa liderləri Zelenski ilə söhbət zamanı Ukraynanın öz suverenliyini qoruyub saxlamalı olduğunu vurğulayıblar.
Ukrayna hakimiyyəti sülh nizamlanması ilə bağlı dərhal qərar verməlidir, əks halda çox gec olacaq. Primeinfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskini “danışıqlar aparmağa və bunu elə indi etməyə” sövq etməlidir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planına münasibət bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, “Teleqram”da etdiyi paylaşımda Ukraynanın real sülhə can atdığını deyib və sülh prosesini pozmağa cəhd etməyəcəyinə əmin edib. Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə görüşüb və ABŞ tərəfi öz təkliflərini – müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi “Telegram” kanalında bəyan edib. “Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb”, – deyə məlumatda qeyd olunur.