Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrdə yeni xüsusi komandanlığın yaradılması haqqında fərman imzalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Zelenski “Telegram” kanalında videomüraciətində bildirib. Onun sözlərinə görə, yeni komandanlıq Rusiyanın hərbi potensialına uzaqmənzilli zərbələr endirilməsi istiqamətində fəaliyyət göstərəcək və bu məqsəd üçün mövcud bütün resursları cəmləşdirəcək.
Ukrayna Prezidenti Volodimir Zelenski dəstəyə görə Azərbaycana təşəkkür edib.
Ukrayna NATO-nun Ankaradakı sammitindən ciddi və konkret nəticələr gözləyir. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb. “Qarşıda Ankarada mühüm işlər var.
Ukrayna prezidenti Volodimir Zelenski Ankaraya çatıb. Primeinfo.az xəbər verir ki, “Esenboğa” Beynəlxalq Hava Limanında onu mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmilər qarşılayıb.
ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsi çərçivəsində nəzərdə tutulan proqramını başa vurduqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Suriya Prezidenti Əhməd əl-Şara ilə ikitərəfli görüşlər keçirəcək.
Rusiya son bir həftə ərzində Ukraynaya qarşı təxminən 2200 hücum dronu, 1730-dan çox idarə olunan hava bombası və 106 müxtəlif növ raket atıb. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün teleqram səhifəsində yazıb. Zelenski bildirib ki, 106 müxtəlif növ raketdən təxminən yarısı ballistic raketlər olub.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadı təltif edib. Primeinfo.az xəbər verir ki, prezidentin imzaladığı 532/2026 nömrəli Fərmana əsasən, Hikmət Cavad Ukrayna dövlətçiliyinin möhkəmləndirilməsindəki əhəmiyyətli xidmətlərinə, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında nümayiş etdirdiyi cəsarət və fədakarlığa, ictimai həyatın müxtəlif sahələrinin inkişafına verdiyi mühüm şəxsi töhfələrə, eləcə də peşə borcunu vicdanla yerinə yetirdiyi üçün “Xidmətlərinə görə III dərəcəli” ordenlə təltif olunub. Qeyd edək ki, hüquq elmləri doktoru olan Hikmət Cavad uzun illərdir Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir.
Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb, xəsarət alanların sayı 29-a çatıb.
İyun ayı Ukraynanın Rusiyanın hərbi-sənaye kompleksi müəssisələrinə endirdiyi hava zərbələrinin sayına görə, 2026-cı ilin ən intensiv dövrü olub. Primeinfo.az UNİAN- a istinadən xəbər verir ki, ay ərzində azı 13 obyektə hücum edilib ki, bu da ilin əvvəlindən bəri qeydə alınan ən yüksək göstəricidir. Son hədəflərdən biri Volqoqraddakı “Titan-Barikadı” zavodu olub.
“Hazırda Ukrayna tərəfinin atdığı addımlar onu deməyə əsas verir ki, sadəcə taktiki və strateji üstünlük onlarda deyil, eyni zamanda çox yaxın zamanda işğalda olan ərazilərini də azad edəcəklər. Hətta deyərdim ki, Ukrayna maksimum avqust ayında bütünlüklə ilhaq edilmiş torpaqlarını geri qaytaracaq”.