Ukraynanın ABŞ lisenziyası əsasında Patriot hava hücumundan müdafiə sistemlərinin istehsalını qurması 12 aydan bir neçə ilə qədər vaxt tələb edə bilər. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib: “Ukrayna müvafiq lisenziyaları almalıdır. Digər ölkələrdə, təkcə ABŞ-da deyil, həm də Avropada köhnə qaydalar və prosedur məsələləri mövcuddur.
Ukrayna Prezidenti Volodimir Zelenski hakimiyyəti dövründə ilk dəfə Serbiyaya səfər edib. Primeinfo.az Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna liderinin serbiyalı həmkarı Aleksandar Vuçiçlə görüşü planlaşdırılıb. Məlumata görə, tərəflər iqtisadi və energetika əməkdaşlığını, həmçinin iki ölkə arasında digər qarşılıqlı fəaliyyət istiqamətlərini müzakirə edəcəklər.
“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim.
“Rəsmi səfərim çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən qəbul olunmaq mənim …
Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidmətinin Rusiyanı zəiflətməyə yönəlmiş yeni əməliyyatlar həyata keçirəcəyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” hesabında paylaşım edib. “Rusiyanın təcavüzünə qarşı əməliyyatlarımızla bağlı hesabat təqdim olundu.
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan, Ermənistan və keçmiş SSRİ-nin digər ölkələri ilə güclü münasibətlər qurmaq niyyətində olduğunu bəyan edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli zərbələri davam etdirdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegaram”da paylaşım edib. Onun sözlərinə görə, Rusiya bayrağı altında üzən, tutumu 100 min tondan çox olan və sanksiyalar siyahısında yer alan “Yanina” konteyner gəmisi vurularaq batırılıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Milli Qvardiyasının “Xartiya” briqadasının komandiri İqor Obolenskiyə qarşı sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb. Primeinfo.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib. “Bu gün İqora qarşı sui-qəsd cəhdi olub.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev və Varşava arasında münasibətlərin gərginləşməsindən sonra ilk dəfə Polşaya səfər edib. Primeinfo.az “UNIAN”a istinadən xəbər verir ki, Zelenski Lyublin şəhərində Polşanın Baş naziri Donald Tusk ilə görüşəcək. Məlumata görə, tərəflər Zelenskinin ABŞ-a son səfərinin nəticələrini, o cümlədən ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqları müzakirə edəcəklər.
İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirməkdən imtina edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Zelenskinin ofisi görüşün təşkili məqsədilə Netanyahunun dəftərxanasına müraciət etsə də, müraciət cavabsız qalıb.