Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi “Telegram” kanalında bəyan edib. “Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb”, – deyə məlumatda qeyd olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin ordu naziri Den Driskoll və bir neçə amerikalı generalın təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən bildirib. Qeyd olunub ki, tezliklə daha geniş formatda növbəti görüş başlayacaq.
“ABŞ-ın təklif etdiyi sülh planında qeyd olunur ki, Rusiya Donbasa nəzarət müqabilində Kiyevə “icarə haqqı” ödəyə bilər. Yəni faktiki olaraq “torpaq qarşılığında pul” sxemi tətbiq ediləcək. Bununla belə, Ukraynanın suverenliyi formal olaraq pozulmayacaq”.
Dünən Ankarada səfərdə olan Ukrayna prezidenti Vladimir Zelenski Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.
ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Reuters”ə iki mənbə bildirib. Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin Krım tatarlarına dəstəyi davam edəcək. Primeinfo.az xəbər verir ki, Ərdoğan bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ankarada keçirdiyi birgə brifinqdə danışıb. Türkiyə Prezidenti qeyd edib ki, bu gün Volodimir Zelenski ilə görüşdə bir sıra ikitərəfli məsələləri müzakirə ediblər: “Strateji tərəfdaşımız Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin tərəfdarı olduğumuzu bir daha bildirdik.
İstanbul görüşlərinin davam etdirilməsinin tərəfdarıyıq.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə siyasətinin gücünə və onun Moskva tərəfindən nəzərə alınacağına güvəndiyini deyib.
Ankarada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Primeinfo.az xəbər verir ki, prezidentlərin görüşdən sonra birgə mətbuat konfransı keçirməsi planlaşdırılır.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu gün Türkiyədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyəcək. Primeinfo.az xəbər verir ki, bu haqda “Axios” portalı məlumat yayıb. Bildirilib ki, Stiv Uitkoff Türkiyənin paytaxtı Ankaraya olan səfərini təxirə salıb.