
Türkiyənin Bolu vilayətində 78 nəfərin ölümü ilə nəticələnən “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı məhkəmə prosesi yekunlaşıb.
Primeinfo.az “Hurriyet”e istinadən xəbər verir ki, hoteldəki yanğına görə təqsirləndirilən 32 nəfərdən 11-nə ömürlük həbs cəzası verilib.
Hadisə ilə bağlı Bolu Cumhuriyyət Baş Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb.
Cəza alanlar arasında otel sahibləri və rəhbər şəxslər – Halit Ergül, Emine Murtezaoğlu Ergül, Ceyda Hacıbekiroğlu, Elif Aras, Emir Aras, Zeki Yılmaz, Ahmet Demir, Kadir Özdemir, Cemal Özer, Mehmet Salun, eləcə də Bolu bələdiyyə sədrinin müavini Sedat Gülener, yanğınsöndürmə idarəsinin rəhbər müavini Kenan Coşkun və yanğınsöndürən İrfan Acar da var.
Xatırladaq ki, bu ilin yanvarın 21-də baş verən yanğında çoxu uşaq olmaqla 78 nəfər ölüb, 130-dan çox insan yaralanıb.
Hadisə baş verən zaman hoteldə 238 qonaq olub.