
Ağcabədi rayonunda fərdi yaşayış evində yanğın olub.
Primeinfo.az xəbər verir ki, hadisə rayon ərazisində yerli sakin Famil Hüseynova məxsus üçotaqlı evdə qeydə alınıb.
Hadisə yerinə Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin iki otağı və dam hissəsinin yanar konstruksiyaları tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.