
Ağdam rayonunun Əfətli kəndində ikimərtəbəli yaşayış evində baş verən yanğın lokallaşdırılıb.
Primeinfo.az-ın verdiyi məlumata görə, ikinci mərtəbədə baş verən yanğın üç otağa yayılıb. Ağdam yanğından mühafizə bölmələri alovun qarşısını alıb.
Əlavə təhlükəsizlik tədbirləri yerinə yetirilir.
***
12.46
Ağdamda yaşayış evi yanır.
Primeinfo.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndi ərazisində baş verib.
Hadisə yerinə yerli yanğınsöndürən briqadaları cəlb olunub.
