
Noyabrın 11-də Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinin “C-130” yük təyyarəsinin qəza səbəbini müəyyənləşdirmək üçün hərtərəfli araşdırma aparılır.
Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
O qeyd edib ki, 20 hərbçinin şəhid olduğu təyyarə qəzası ilə bağlı araşdırmalar davam edir. Hadisə detallı araşdırıldıqdan sonra Türkiyə Milli Müdafiə Nazirliyi nəticələri ictimaiyyətə açıqlayacaq.
Qeyd edək ki, qəzaya düşən hərbi təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.