Xəbər axtarın

Son axtarış nəticələri:

Məmmədli kəndində yanğın: 4 avtobus kül oldu - VİDEO

18.11.2025 19:58

Abşeron rayonu, Məmmədli kəndində 4 yararsız avtobus yanıb.

Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Belə ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə ümumilikdə 35 ədəd istismara yararsız avtobus olub.

Paylaş: