Xəbər axtarın

Son axtarış nəticələri:

Aktürk: "NATO müdafiə nazirləri Ankarada görüşəcək"

04.12.2025 13:35

NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası Türkiyənin Ankara şəhərində keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin 2026-cı ildə keçiriləcək vacib tədbirlərlə bağlı brifinqdə məlumat verilib.

Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri Tuğamiral Zeki Aktürk bildirib ki, NATO-nun 3 önəmli tədbiri Türkiyədə baş tutacaq.

2026-cı ilin iyul ayında Ankarada NATO Liderlər Zirvəsi keçiriləcək.

Zirvə proqramı çərçivəsində Müdafiə Sənayesi Forumu və NATO Müdafiə Nazirləri Toplantısı təşkil olunacaq.

 

 

Paylaş: