Xəbər axtarın

Son axtarış nəticələri:

Bu ölkə yeni pul vahidini dövriyyəyə buraxır

25.12.2025 21:48


Suriya Mərkəzi Bankının prezidenti Əbdülkadir əl-Hasriya yeni valyutanın dövriyyəyə buraxılacağını açıqlayıb.

Primeinfo.az xəbər verir ki, sosial media hesabından etdiyi paylaşımda yeni pul vahidinin dövriyyəyə buraxılması ilə bağlı 2025-ci il tarixli 293 saylı fərmanın dərc edildiyini açıqlayıb.

O qeyd edib ki, bu valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli mərhələdir.

Hasriya dekabrın 28-də keçiriləcək iclasda yeni valyuta ilə bağlı detalların paylaşılacağını bildirib.

Paylaş: