Xəbər axtarın

Son axtarış nəticələri:

"ChatGPT"yə yeni funksiya GƏLDİ

23.12.2025 13:16

“OpenAI” şirkəti “ChatGPT” tətbiqində artıq danışıq üslubunu fərdiləşdirmək mümkün olub.

Primeinfo.az xəbər verir ki, tətbiqinin fərdiləşdirmə bölməsində istifadəçilər süni intellektin 4 parametrindən yararlana bilərlər. Həmin yeniliklər bunlardır:

– Səmimiyyət (istilik)
– Həyəcan və entuziazm səviyyəsi
– Siyahı və altbaşlıqlara üstünlük
– Emojilərdən istifadə meyli

Hər parametr ayrıca olaraq “daha çox”, “daha az” və ya “standart” olaraq seçilə bilər. Bu yenilik, “ChatGPT”nin istifadəçiyə daha uyğun üslubda cavab verməsinə şərait yaradır.

Paylaş: