
İraqın rabitə naziri, İraq-Azərbaycan birgə komissiyasının sədri Xəyyam əl-Yəsri Azərbaycana rəsmi səfərə gəlib.
Primeinfo.az xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında imzalanmış sazişlərin və anlaşma memorandumlarının həyata keçirilməsinin gedişini müzakirə etməkdir.
Nazirin səfəri iqtisadi və investisiya sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, həmçinin rabitə və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın yeni imkanlarının öyrənilməsinə yönəlib.
İraqın Rabitə Nazirliyindən bildirilib ki, Yəsrinin səfəri Bağdadın Azərbaycanla iqtisadi və texnoloji tərəqqiyə töhfə verən birgə təşəbbüsləri təşviq etmək niyyətini nümayiş etdirir.