Xəbər axtarın

Son axtarış nəticələri:

İrsi ürək xəstəliklərini aşkarlayan qan testi hazırlanıb

26.12.2025 21:22


Dünyada milyonlarla insanın əziyyət çəkdiyi hipertrofik kardiomiopatiya (HCM) xəstəliyinin ağırlaşma riskini müəyyən etmək üçün sadə qan testi hazırlanıb.

Primeinfo.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Harvard və Oksford universitetləri də daxil olmaqla bir qrup alim tərəfindən aparılan araşdırmaya əsasən, bu test vasitəsilə ölümcül ağırlaşmalara daha çox məruz qala biləcək şəxsləri əvvəlcədən müəyyən etmək mümkün olacaq. Yeni hazırlanmış qan testi isə N-terminal Pro-B tipli natriuretik peptidin (NT-Pro-BNP) səviyyəsini ölçməklə bu riski dəyərləndirməyə imkan verir. Testin geniş tətbiqi, pasiyentlərin vaxtında müdaxilə və nəzarət altında saxlanması ilə həyatların xilas olunmasına töhfə verə bilər.

Qeyd edək ki, HCM əsasən genetik dəyişikliklərlə yaranır və irsi ötürülür. Xəstələrin bəziləri heç bir simptom göstərməsə də, digərlərində ürək çatışmazlığı və ritm pozğunluğu kimi ciddi fəsadlar müşahidə olunur. Hazırda HCM-nin tam müalicəsi yoxdur və risk altında olan xəstələrin müəyyənləşdirilməsi tibbi baxımdan ciddi çağırış olaraq qalır.

Paylaş: