Xəbər axtarın

Son axtarış nəticələri:

İsraildə monastrda 1400 illik qızıl sikkələr aşkarlanıb

25.12.2025 19:42


İsraildə Qüds yaxınlığında yerləşən xristian monastrından 1400 ilə yaxın tarixi olan qızıl sikkələr aşkarlanıb.

Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin Ərazilərdə Hökumət İşləri üzrə Əlaqələndiricisinin (COGAT) ofisi məlumat yayıb.

Məlumata görə, eramızın IV – VII-ci əsrlərinə, Bizans dövrüna aid 2 qızıl sikkə və üzük İuda səhrasında, Qüsdən təxminən 17 kilometr cənub-şərqdə, indiki İordan çayının qərb sahilində yerləşən Hirkania arxeoloji ərazisində tapılıb.

Sikkələrin bir üzündə xaç təsviri, digər üzündə isə 610–641-ci illərdə hökmranlıq etmiş Bizans imperatoru Herakliyin portreti yer alır.

Tapıntı barədə məlumat dünən, Milad ərəfəsində açıqlanıb, lakin artefaktların ilk dəfə nə vaxt aşkar edildiyi bildirilməyib.

 

Paylaş: