Xəbər axtarın

Son axtarış nəticələri:

İstanbulda Azərbaycan və Türkiyə bayraqları altında üzən tankerlər SOS verdi

30.12.2025 14:08

 

İstanbulun Florya sahillərində Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən “Kəlbəcər” tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı “Alatepe” tankerinin pərinə ilişib.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.

ASCO-dan bildirilib ki, hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı gəmidə yük olmayıb.

Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur. Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Türkiyə KİV-in məlumatına əsasən, İstanbulun Mərmərə dənizi sahillərində Azərbaycan və Türkiyə bayrağı altında üzən iki tankerdən həyəcan siqnalı daxil olub. 141 metr uzunluğundakı “Kəlbəcər” və 115 metr uzunluğundakı “Alatepe” tankerləri toqquşub. Qəzada ölən və xəsarət alanların olmadığı bildirilib.

***

13:51

İstanbulun Florya sahillərində biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən “həyəcan siqnalı” alınıb.

Primeinfo.az xəbər verir ki, hadisə yerinə xilasetmə qrupları cəlb edilib.

Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

Paylaş: