Xəbər axtarın

Son axtarış nəticələri:

Papa Ukraynaya 100000 şorba bağışladı

28.12.2025 22:59

Roma Papası XIV Leo Ukraynaya 100.000 porsiya hazır toyuq və tərəvəz şorbası bağışlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Vatikan mediası məlumat yayıb.

Humanitar yardım daşıyan üç yük maşını 28 dekabrda qeyd olunan Müqəddəs Ailə Katolik bayramının şərəfinə göndərilib .

Şorbalar Cənubi Koreyanın hazır əriştə istehsalçısı “Samyang Foods” tərəfindən təmin edilib. Kardinal Konrad Krajewski qeyd edib ki, papa “yalnız sülh üçün dua etmir, həm də əziyyət çəkən ailələrə yaxın olmaq istəyir”.

Dekabrın 23-də Papa XIV Leo Milad bayramı üçün 24 saatlıq atəşkəs elan edib. Müqəddəs Taxt-tacın mətbuat xidmətinin məlumatına görə, bayram ərəfəsində papa silahlı münaqişənin içində olan müxtəlif ölkələrə maliyyə yardımı göstərib.

Paylaş: