Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyədə 3 nəfər qar uçqununa düşüb

31.12.2025 17:19


Türkiyədə 3 nəfər qar uçqununa düşüb, axtarış aparılır.

Primeinfo.az xəbər verir ki, Türkiyənin Artvin vilayəti Aksu yaylağında səhər saatlarında qar uçqunu baş verib.

Yaylaqda olan 6 çobandan 3-ü uçqun altında qalıb.

Məlumata görə, sərt qış şəraiti və qalın qar örtüyü səbəbindən yaylağa gediş-gəlişin çətin olduğu, bu səbəbdən də xilasetmə qruplarının bölgəyə çatdırılması istiqamətində işlərin davam etdiyi bildirilir.

 

Paylaş: