
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbul Təhlükəsizlik Baş İdarəsi ilə birgə əməliyyat həyata keçirib.
Primeinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat nəticəsində İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib.
Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla, 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrinin əldə edilməsi” ittihamı ilə tutulublar.