Xəbər axtarın

Son axtarış nəticələri:

Daha bir ölkə İrandakı səfirliyi bağlayır

15.01.2026 20:27


Portuqaliya Xarici İşlər Nazirliyi ölkənin İrandakı səfirliyini müvəqqəti olaraq bağlamaq qərarına gəlib.

Primeinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın SAPO informasiya agentliyi məlumat yayıb.

Ölkənin Xarici İşlər Nazirliyi bu tədbiri regionda pisləşən təhlükəsizlik vəziyyətinə istinad etməklə əsaslandırıb.

Bildirilib ki, Portuqaliya hakimiyyəti risk qiymətləndirməsi aparıb və İranda baş verən vəziyyətin xarici vətəndaşlar üçün ciddi təhlükə yaratdığı müəyyən edilib.

Paylaş: