
“Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması prosesində balanslı siyasət yürüdən yeganə aktordur”.
Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə “Bloomberg”ə müsahibəsində bildirib.
O, savaşın mümkün sülh prosesindən də söz açıb:
“Türkiyə İstanbulu yenidən Ukrayna və Rusiya arasında sülhün müzakirə olunduğu mərkəz halına gətirməyə hazırdır. Biz həm Vladimir Putinlə, həm Volodimir Zelenski ilə birbaşa danışa bilən, eyni zamanda, Vaşinqton-Brüssel xəttində NATO və BMT nəzdində təşəbbüslər göstərən, güclü və balanslı diplomatik əlaqələr qura bilən yeganə aktoruq”.