Xəbər axtarın

Son axtarış nəticələri:

FHN: Cəbrayıl və Füzulinin açıq ərazilərində yanğınlar qeydə alınıb

08.01.2026 10:00

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Əhmədalılar qəsəbəsi, Qazaxlar və Mirzənağılı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat (FHN) yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq olaraq Cəbrayıl və Füzuli Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Hazırda əsasən kol-kosdan ibarət sahələrdəki yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Paylaş: