
Türkiyə xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Primeinfo.az xəbər verir ki, tərəflər regional məsələləri müzakirə ediblər.
XİN rəhbərləri İranla ABŞ arasında gərginliyin azaldılması barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığı aparıb.
Söhbət zamanı Suriyadakı son hadisələr, Qəzza sülh planının icrası və digər regional məsələlər müzakirə olunub.