Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: Türkiyə Paşinyanı dəstəkləyir

15.01.2026 18:01

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda keçiriləcək seçkilərdən danışıb.

Primeinfo.az xəbər verir ki, Hakan Fidan keçirdiyi mətbuat konfransında Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.

“Bildiyiniz kimi, iyun ayının əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm addım olacaq. Lakin biz görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”,-deyə nazir bildirib.

Paylaş: