
“Terrorsuz Türkiyə vətəndaşlıq hüququnun əhəmiyyəti və dəyəri, var olmağın birinci şərti kimi düşünülməlidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqan yardımçısı, professor doktor, Samsun millət vəkili İlyas Topsakal “X” hesabında bildirib.
O, proqnozlaşdırılması çətin olan müasir dünyada milli strategiyanın əhəmiyyətindən söz açıb. Terrorsuz Türkiyənin və vətəndaşlıq hüququnun var olmağın birinci şərti kimi qəbul edilməli olduğunu vurğulayıb.
İ.Topsakal Türkiyənin daxili nizamı ilə bağlı fikirlərini bölüşüb, həmçinin ölkənin regional məsuliyyətinə diqqət çəkib:
“Bölgəsinin aparıcı ölkəsi olan Türkiyəmiz ətrafında da bu dəyərləri yaşatmalı, öz mirasına sahib çıxaraq mərhəmətin, ədalətin və ləyaqətin qoruyucusu olmalıyıq”.
Türkiyəli deputat qlobal sistemin çıxılmaz vəziyyətlərini, milliyyətçiliyin artan rolunu və Türkiyənin regional missiyasını dəyərləndirib:
“Başqanımızın ifadə etdiyi kimi, proqnozlaşdırıla bilməyən dünyada milli strategiyamızın bölgəmiz üçün vazkeçilməz olduğunu gün keçdikcə daha aydın şəkildə dərk edirik. Bu səbəbdən Türkiyənin böyük strategiyası olan Türk qurşağı onun uzaqgörənliyinin nəticəsi idi”.
Qlobal müzakirə platformalarını tənqid edən deputat “Davos – yəni köhnə dünyanın müzakirələri bizə liberalizmin uğursuz olduğunu, onun yerinə ədalətli və davamlı universal bir düşüncənin də mövcud olmadığını göstərir” – deyib.
Bu mənzərə fonunda xalqların yönəldiyi dəyərlərə diqqət çəkən Topsakal “Bu halda millətlərin qısa və təhlükəsiz şəkildə sığınacaqları limanların öz kimlikləri və mirasları olacağı hamı tərəfindən qəbul edilən bir həqiqətdir”, – deyə, vurğulayıb.
O, milliyyətçilik və dövlət anlayışının gələcəkdəki roluna da toxunub:
“Milliyyətçiliyin realistləşməsi, dövlətin mərkəzləşərək öz ənənələrinə önəm verməsi, ədalətli və paylaşımcı olması gələcəyin dünyasında daha da əhəmiyyət qazanacaq”.
İlyas Topsakal paylaşımını bu sözlərlə tamamlayıb:
“Sevgi ilə qalın… hər şey öz mahiyyətinə tabedir…”
Genel başkanımızın ifadesiyle öngörülemeyen dünyada milli stratejimizin bölgemizin için olmazsa olmaz olduğunu gün geçtikçe daha ziyadesiyle idrak ediyoruz … bu nedenle Türkiye’nin büyük stratejisi Türk kuşağı onun öngörüsüydü… Davos yani eski dünyanın tartışmaları bize…
— İlyas TOPSAKAL (@ilyastopsakal) January 22, 2026