Xəbər axtarın

Son axtarış nəticələri:

Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb

04.01.2026 11:52


ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulan məhdudiyyəti aradan qaldırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Sean Duffi “X”da paylaşım edib.

Bildirib ki, ABŞ aviaşirkətləri üçün Venesuelada aparılan əməliyyatlarla əlaqədar Karib dənizi üzərində hava məkanına qoyulan məhdudiyyətlər ləğv edilib.

Qeyd edək ki, ABŞ Venesuelada davam edən hərbi əməliyyat səbəbilə Venesuela və Karib dənizi üzərindən uçuşları məhdudlaşdırmışdı.

 

Paylaş: