Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan: "KTMT-yə üzvlük silah bazarına çıxışımıza maneə yaradırdı"

14.01.2026 14:31


İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı və bir sıra ölkələrin suveren ərazimizdən kənarda silahların yerləşdirilməsi ilə bağlı narahatlığı beynəlxalq silah bazarına çıxışımıza maneə yaradırdı.

Primeinfo.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Qlobal müdafiə silahları bazarı Ermənistan üçün 2022-ci ildən sonra (Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması) açılıb. Bu Ermənistanın silahları öz suveren ərazisindən kənarda yerləşdirə biləcəyi ilə bağlı narahatlıqların aradan qalxdığı aydın olduqdan sonra baş verib”, – N.Paşinyan ABŞ və Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, KTMT ilə bağlı ikinci bir nüans da var.

“KTMT-də iştirakımız bu beynəlxalq silah bazarına çıxış üçün ciddi maneə idi. Bundan əlavə, 2022-ci ildə bizdə elə bir vəziyyət var idi ki, texnika və silah almaq üçün yüz milyonlarla dollar ödənilmişdi, lakin tədarüklər (Rusiyadan) həyata keçirilmirdi. Bu hadisələr bizi o nöqtəyə gətirdi ki, paradiqmanı dəyişdirmək lazım olduğunu anladıq.

Buna görə də KTMT-də iştirakımızı dondurmaq barədə qanuni qərar qəbul etdik”, – N.Paşinyan vurğulayıb.

Paylaş: