Xəbər axtarın

Son axtarış nəticələri:

Prokurorluq keçmiş prezidentə ölüm cəzası istədi

13.01.2026 20:36

Cənubi Koreyada xüsusi prokuror qrupu keçmiş prezident Yun Sok Yolun qiyam işi üzrə ölüm cəzasına məhkum olunmasını məhkəməyə tövsiyə edib.

Primeinfo.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Сənubi Koreyanın mövcud qanunvericiliyinə əsasən, ölkədə dövlət çevrilişinə cəhdə görə həmin cəhdin təşkilatçısına bu üç cəzadan biri verilir: edam cəzası, ömürlük azadlıqdan məhrum etmə və məcburi əmək olmadan ömürlük həbs.

Xatırladaq ki, Yun Sok Yol 2024-cü ilin dekabrında konstitusiyanı pozaraq hərbi vəziyyət elan etməsi səbəbilə üsyanın təşkilində ittiham olunub. Onun işi üzrə məhkəmə hökmünün fevral ayının əvvəlində açıqlanacağı gözlənilir. Cənubi Koreyada ölüm cəzası 1997-ci ildən bəri tətbiq edilmir.

Paylaş: