Xəbər axtarın

Son axtarış nəticələri:

Putin Netanyahu ilə söhbətindən sonra Pezeşkiana zəng edib

16.01.2026 15:21

Rusiya Prezidenti Vladimir Putin bu gün İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.

Primeinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Prezident Putin günün birinci yarısını, əsasən, İran ətrafındakı vəziyyətə həsr edib. Bu gün artıq İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub, biz müvafiq məlumat vermişik. Ən qısa zamanda sizi İran Prezidenti Pezeşkian ilə telefon danışığının nəticələri barədə də məlumatlandıracağıq”, – Peskov deyib.

Onun sözlərinə görə, Kreml İran və Yaxın Şərqdəki vəziyyəti gərgin kimi qiymətləndirir.

Peskov əlavə edib ki, Rusiya İran ətrafında və bütün regionda gərginliyin azaldılmasına kömək etməyə çalışır:

“O cümlədən Vladimir Putin də bu məqsədlə səylər edir. Rusiya bu köməyi təkcə İrana deyil, həm də bütün regiona, regional sabitlik və sülh işinə göstərir”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Paylaş: