Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə Quru Qoşunları Komandanlığının 6 hərbçisi saxlanılıb

12.01.2026 13:30


Türkiyədə Quru Qoşunları Komandanlığı ilə bağlı tender istintaqı çərçivəsində 6-sı hərbçi olmaqla ümumilikdə 26 nəfər saxlanılıb.

Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Ankara Respublika Baş Prokurorluğunun göstərişi ilə həyata keçirilib.

Əməliyyat zamanı Quru Qoşunları Komandanlığına məxsus hərbi yük və sərnişin daşınması tenderlərində dövlətə təxminən 23 milyon 578 min TL ziyan vurulduğu iddia olunur.

Şübhəli bilinən şəxslər barəsində istintaq tədbirləri davam etdirilir.

Paylaş: