
ABŞ-nin Venesuelada keçirdiyi əməliyyat zamanı azı 100 nəfər ölüb.
Primeinfo.az xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər naziri Diosdado Kabello Dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, əməliyyat zamanı Nikolas Maduro və həyat yoldaşı Siliya Flores yaralanıb. Maduro ayağından, Flores isə baş nahiyəsindən xəsarət alıb.
Nazir həmçinin qeyd edib ki, Amerika ordusunun Maduronun həyat yoldaşını saxlamaq planı olmayıb. Siliya Flores özü təxliyə zamanı əri ilə birlikdə aparılmasını istəyib.
Kabello bildirib ki, ABŞ hərbçiləri prezidentin evinə hücum edəndə, heç nəyə məhəl qoyymayıblar. Onlar qarşlarına çıxan hər kəsi vurublar. Hətta evdə olan qadn xadimələri belə:
“Nəticədə 100-dən çox ölən var, bir qədər yaralı var. Əməliyyat zamanı güclü bombalardan da istifadə olunub. Bu səbəbdən hadisə ilə əlaqəsi olmayanlar da ölüb və ya yaralanıb”.