Xəbər axtarın

Son axtarış nəticələri:

Minlərlə turist Karib adalarını tərk edə bilmir

04.01.2026 10:43


ABŞ-nin Karakasdakı mülki və hərbi obyektlərə hücumundan sonra minlərlə turist Karib adalarını tərk edə bilmir.

Primeinfo.az xəbər verir ki, bu barədə turistlər Britaniyanın “The Daily Mail” qəzetinə məlumat veriblər.

Bildilir ki, Sent-Tomasdakı Siril E. King beynəlxalq hava limanı son 24 saat ərzində 43 reys, Arubadakı Kraliça Beatriks beynəlxalq hava limanı isə 44 uçuşu ləğv edib. Puerto-Rikonun Luis Munoz Marin meynəlxalq hava limanında isə 169 reys ləğv edilib.

Venesueladakı vəziyyət ümumilikdə 19 hava limanını, o cümlədən ABŞ və Britaniyanın Virgin adaları, Puerto-Riko, Sent-Martin, Sent-Lusiya, Barbados və digər adaları əhatə edib.

 

Paylaş: