
İsrail mediasının məlumatına görə, İranın ali dini rəhbəri Əli Xamneyinin oğlu Müctəba Xamneyi son günlər ərzində Dubaya böyük miqdarda vəsait köçürüb.
Primeinfo.az xəbər verir ki o, təxminən 1,5 milyard dolları ölkədən çıxarıb və bu əməliyyatların böyük hissəsi kriptovalyuta vasitəsilə, ənənəvi bank kanallarını istifadə etmədən həyata keçirilib. Xüsusilə, yalnız Müctəba Xamneyi təxminən 328 milyon dolları eyni ünvanlı hesabına köçürüb.
Eyni zamanda, ölkədə maliyyə böhranı dərinləşməkdədir. İranın beş böyük bankı iflas təhlükəsi ilə üzləşib, bunların arasında SEPAH ilə əlaqəli “Sepah Bank” da yer alır. İqtisadi vəziyyətin gərginləşməsi və bu bankların problemləri fonunda xalq arasında etirazlar kütləvi xarakter alıb və böhranın genişlənməsi müşahidə olunur.
Bu məlumatlar həmçinin göstərir ki, ali rəhbər ailəsinin böyük miqdarda maliyyəni xarici ünvanlara çıxarması ilə ölkənin maliyyə sabitliyi arasında ciddi ziddiyyət mövcuddur və mövcud iqtisadi böhran daha da kəskinləşə bilər.