
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yaşayış binasında baş vermiş yanğın tam söndürülüb.
Primeinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.
***
14:08
Paytaxtın Yasamal rayonu, Lev Tolstoy küçəsində baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin (FHN) qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
“Bakıda yaşayış binasında baş verən yanğında ilkin məlumata əsasən, bir nəfər xəsarət alıb, 6 nəfər təxliyə edilib”.
Bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev bildirib.
Qeyd olunub ki, əraziyə 5 yanğınsöndürən abtomobil, 27 nəfər şəxsi heyət cəlb olunub. Bina taxta konstruksiyalardan ibarət olduğu üçün yanğının söndürülmə işlərində çətinliklər yaranıb.
Yanğın məhdudlaşdırılıb.
***
12:41
Səbail rayonu, L. Tolstoy 7 küçəsində baş verən yanğında 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrində II-III dərəcəli termiki yanıq xəsarəti alıb.
Primeinfo.az-a bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına beş təcili tibbi yardım briqadası cəlb olunub.
Yağında xəsarət alan 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
***
Səbail rayonu, İslam Səfərli küçəsində yerləşən ikimərtəbəli yaşayış binasındakı yanğın digər mənzilə keçib.
Primeinfo.az Oxu.Az-a istinadən bildirir ki, İslam Səfərli küçəsində birinci mənzildəki yanğın söndürülsə də, indi alov ona bitişik olan ikinci mənzilə keçib.
Yanğın zamanı xəsarət alanlar var.
İki nəfər (bir qadın, bir kişi) müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
***
12:08
Bakının mərkəzində binada yanğın başlayıb.
Primeinfo.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində yerləşən binada yanğın baş verməsi barədə barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Səbail rayonunda yerləşən binaların birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
























