
Lənkəran rayonunda ev yanıb.
Primeinfo.az-ın məlumatına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yanğında ölən şəxs ev sahibi, 45 yaşlı Rəfi Firdovsi oğlu Rəhimovdur. Onun meyiti daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.