Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "İranla istənilən qədər danışıqlar aparmağa hazıram"

13.02.2026 10:21

ABŞ Prezidenti Donald Tramp İranla istənilən qədər danışıqlar aparmağa hazır olduğunu bildirib.

Primeinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı danışıb.

“Mən İranla istənilən qədər danışacağam. Mart ayında onlarla saziş bağlamağı planlaşdırırıq. Görək onlarla razılaşma əldə edə bilərikmi. Əgər danışıqlar pozulsa, ikinci mərhələyə keçəcəyik. İkinci mərhələ onlar üçün çox ağır olacaq və mən bunu istəmirəm”, – Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Tramp Tehranın nüvə proqramı ilə bağlı razılaşmanın bir ay ərzində əldə oluna biləcəyini bildirib.

Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın 6-da Omanda keçirilib. Tramp onları uğurlu adlandırıb və dialoqun davam etdiriləcəyini vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi də danışıqları müsbət qiymətləndirib.

Paylaş: