
Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən üç il ötür.
Primeinfo.az xatırladır ki, 2023-cü ildə ard-arda baş verən zəlzələlərin gücü 7,7 və 7,6 maqnitudada olub.
Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələr yer üzündən silinib.
65 saniyə davam edən zəlzələ o qədər şiddətli olub ki, Misirdə belə hiss edilib.
Təbii fəlakət zamanı 53537 nəfər həlak olub, 107213 nəfər isə müxtəlif xəsarətlər alıb. Suriyada isə 9 minədək insan həyatını itirib.
Zəlzələdə ölənlər arasında 4 nəfər azərbaycanlı tələbə də olub.
Yeraltı təkanlarda 39 minə yaxın bina dağılıb. Bu, son 30 ilin ən dağıdıcı beşinci zəlzələsi idi.
Hesablamalara görə, fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyədə 5 il ərzində 150 milyard dollar sərf edilib.