
Türkiyədə hökumətdə bir sıra kadr dəyişiklikləri aparılıb. Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlər təyin edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Bildirilir ki, Ərzurum vilayətinin valisi Mustafa Çiftçi daxili işlər naziri vəzifəsinə təyin edilib. O bu postda Ali Yerlikayanı əvəzləyib.
Digər fərmanla İstanbul Respublika Baş Prokuroru Akın Gürlek ədliyyə naziri təyin edilib. O bu vəzifədə Yılmaz Tunçu əvəzləyib.
Bu təyinatlar Türkiyə Prezidentinin imzaladığı sənədə əsasən, rəsmi mətbuat orqanı olan “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.