
ABŞ vitse-prezidenti Cey Di Vens X sosial şəbəkəsində “erməni soyqırımı” abidəsinə ziyarəti ilə bağlı paylaşımını silib. Həmin paylaşımda “erməni soyqırımı” ifadəsi iki dəfə qeyd olunmuşdu.
Primeinfo.az Modern.az-a istinadla xəbər verir ki, paylaşım bir neçə saat aktiv qaldıqdan sonra silinib. Bir müddət sonra isə Vensin mətbuat katibi Teylor Van Kirk sadəcə onun abiəni ziyarət etdiyinə dair məlumat yayımlayıb.



