Xəbər axtarın

Son axtarış nəticələri:

Yevlaxda kafedə yanğın olub

24.02.2026 21:31

Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.

Hadisə zamanı kafenin sahibi; Ruslan adlı şəxs xəsarət alıb. O, dərhal tibbi yardım üçün aidiyyəti üzrə çatdırılıb.

Əraziyə cəlb olunan FHN-in yanğınsöndürən qüvvələri alovu qısa müddətdə söndürüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: