Xəbər axtarın

Son axtarış nəticələri:

“ABŞ-İran arasında savaş aylarla davam edəcək” – SENSASİON AÇIQLAMA – VİDEO

04.03.2026 15:30

“ABŞ və İran arasında başlayan savaş hələ uzun zaman davam edəcək – aylarla, hətta illərlə gedə bilər”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi, hüquqşünas Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O, keçmiş maliyyə naziri, iqtisadçı Fikrət Yusifov və jurnalist Aygün Muradxanlı ilə birgə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatı, proseslərin regiona, eləcə də Azərbaycana təsirlərini şərh edib.

Fikrət Yusifovun fikrincə isə bu savaşın uzun zaman davam etməsi ABŞ-yə sərf etmir. Çünki ABŞ İrandakı əməliyyata milyardlarla vəsait xərcləyib. Bura hərbçilərin saxlanması, gəmilər, təyyarələr və digər hərbi infrastrukturla bağlı xərclər daxildir:

“Əslində, ABŞ gözəl bilir ki, bu oyunda çox dərin oynamaq lazım deyil. Müharibə hər gün puldur, xərcdir, itkidir. Amerikanın bir gəmisinin 1 gün Fars körfəzində dayanması 8-10 milyon dollara başa gəlir. Bu gün Amerikanın 670-ə yaxın hərbi təyyarəsi İran ətrafına yerləşdirilib. Hələ İsrailin hərbi sursatlarını demirəm. Bütün bunları idarə etmək böyük xərcdir. Ona görə də ABŞ çalışacaq ki, bu əməliyyatı tez bitirsin”, – deyə F.Yusifov əlavə edib.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: