Xəbər axtarın

Son axtarış nəticələri:

İran Türkiyəyə ballistik raket atdı - BÖHRAN dərinləşir 

04.03.2026 15:46

İrandan atılan ballistik raket Türkiyənin hava məkanında zərərsiz hala gətirilib.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” platformasında məlumat yayıb.

Bildirilib ki, İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

“Hatay vilayətinin Dördyol rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək istiqamətində Türkiyənin iradəsi və imkanları ən yüksək səviyyədədir.

Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır.

Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik”.

 

Paylaş: