Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail ordusu Xiyam şəhərini ələ keçirdi

04.03.2026 15:13

İsrail qoşunları Livanla sərhəddən 6 kilometr məsafədə yerləşən Xiyam şəhərinə daxil olub.

Primeinfo.az xəbər verir ki, bu barədə Livan televiziyası məlumat yayıb.

Məlumata görə, İsrail ordusu Livan-İsrail sərhədindən təxminən altı kilometr məsafədə yerləşən Livanın cənubundakı Xiyam şəhərini ələ keçirib.

“Xiyam şəhərində davamlı artilleriya atəşləri eşidilir, İsrail ordusu şəhərə daxil olub”, – dövlət mediası bildirir.

İsrail Müdafiə Qüvvələri (IDF) bildirir ki, qoşunları Livanın cənubunda daha da dərinə yerləşdirmək qərarı Hizbullahın hücumlarına qarşı “gücləndirilmiş müdafiə mövqeyi”nin qurulması planının bir hissəsidir.

Paylaş: